Əlaqə Arxiv
news Image
2015.07.05
16:00
| A A A
Aleksis Tsipras: Referendum nəticələrini nikbinliklə gözləyirəm
Aleksis Tsiprasın sözlərinə görə, yunan xalqının rəyi nəzərə alınmaya bilməz

Yunanıstanda beynəlxalq maliyyə yardımının ayrılması şərtlərinə dair referendum davam edir.

Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, səsvermə hüququndan istinadə edən Baş nazir Aleksis Tsipras bildirib ki, nəticələri nikbinliklə gözləyir.

Onun sözlərinə görə, yunan xalqının rəyi nəzərə alınmaya bilməz.

Qeyd edək ki, hakim Syriza partiyası beynəlxalq kreditorların yardım paketi şərtlərinin Yunanıstan üçün alçaldıcı olduğunu bəyan edib.

Hökümət əhalini referendumda "yox" deməyə çağırıb, lakin opponentlər xəbərdalıq edir ki, bu halda Yunanıstanın Avrozonanı tərk etməli olacaq.

Yunanıstanın Maliyyə naziri Yanis Varoufakis referendumdan bir gün öncə avropa kreditorlarını "terrorçuluqda" ittiham edib.

Səsvermənin ilk nəticələrinin bu gün axşam bilinəcəyi gözlənilir.

Sizin Reklam Yeriniz