Qurumun payız sessiyasının gündəliyinə Ramil Səfərovla bağlı müzakirələrin keçirilməsinə dair məsələ daxil edilib.
Avropa Şurası
Parlament Assambleyasına qurumun payız sessiyası çərçivəsində Ramil
Səfərovun məsələsi ilə bağlı müzakirələrin aparılmasına dair sorğu
daxil olub.
APA-nın məlumatına görə, bu barədə AŞPA mətbuat xidmətinin
məlumatında bildirilir. Sessiyanın gündəliyinin yekun variantına
azərbaycanlı zabit Ramil Səfərovun təhvil verilməsi və əfv olunması
ilə bağlı məsələyə dair müzakirələrin keçirilməsi, Suriyada
humanitar durumla bağlı məsələlər daxil edilib.
APA-nın əvvəl məlumat verdiyi kimi, sessiyanın gündəliyinə Rusiya
Avropa Şurası qarşısında öhdəlikləri, Avropa Şurasına üzv ölkələrin
xarici siyasətində demokratiya və insan haqları, siyasi məhbus
anlayışının müəyyənləşməsi (məruzə Kristofer Ştrosser tərəfindən
təqdim olunub), siyasi partiyalarda gender bərabərliyi məsələləri
daxil edilib.
Sessiya çərçivəsində Albaniya və Moldova prezidentlərin çıxışı
gözlənilir.