Əlaqə Arxiv
news Image
2012.09.20
18:07
| A A A
Türkiyə və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Sentyabrın 19-da Ankarada Rusiya xarici işlər nazirinin müavini V.Q. Titov və Türkiyə xarici işlər nazirinin müavini F.Ceylan arasında siyasi məsləhətləşmə keçirilib. 

Lent.az-ın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər yaxın həftələrdə İstanbulda keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Şurasının iclasına hazırlıqla bağlı detalları, müxtəlif sahələrdə Türkiyə-Rusiya münasibətlərinin inkişafı ilə bağlı aktual məsələləri müzakirə ediblər. 
Görüşdə xüsusən enerji sahəsində strateji layihələrin reallaşması məsələləri, Türkiyədə tikiləcək "Akkuyu" Atom Elektrik Stansiyası və Cənub axını qaz kəməri layihələri diqqət mərkəzində olub. Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri Suriya və Yaxın Şərqdə baş verən prosesləri, Cənubi Qafqazdakı və Mərkəzi Asiyadakı vəziyyəti də müzakirə ediblər.

Sizin Reklam Yeriniz