Əlaqə Arxiv
news Image
2015.07.07
12:10
| A A A
Qərb Qafqazda uduzur: Gürcüstanda durum dəyişir
Qərb Gürcüstanı Avropa Birliyi və NATO-ya qəbul etməkdən çəkindiyi bir zamanda Rusiya bu ölkəyə dəstəyini artırır.

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə "Vaşinqton Post" qəzeti çıxış edib.

 

Qəzetin məlumatına görə, Rusiya Gürcüstana qoyduğu investisiyaların hesabına özünün buradakı fəaliyyətini aktivləşdirir:

 

"Eyni tip hadisələr keçmiş Şərq blokunun üzvü olan başqa ölkələrdə də baş verir. Qərb Gürcüstanı Avropa Birliyinə qəbulundan imtina etdiyinə və gürcülərə vizasız səyahətə imkan yarada bilmədiyinə görə, Tiflisdə inciklik yaradıb. İndi Moldova və Gürcüstanda rusiyayönlü siyasətçilərin dəstəyi artır. Ukrayna cənub-şərqindəki konfliktə görə Avropa Birliyinin inteqrasiya şərtlərini yerinə yetirməkdə çətinlik çəkir. Dördüncü postsovet ölkəsi Ermənistan isə keçən il Avropa Birliyi ilə danışıqlardan imtina edərək, rəsmən özünü rus düşərgəsinin nümayəndəsi kimi tanıtdı. Gürcüstanda çoxları Rusiyanın Qərbi ağıllı şəkildə keçdiyini hesab edirlər. Çox şeydə Moskva bu regionu avropalılar və amerikalılardan daha yaxşı tanıyır. Amerikanın sakitləşdirici tədbirlər kimi burada birgə təlimlər keçirməsinə baxmayaraq, gürcülər bunun Qərbə doğru hərəkətə kifayət etmədiyini düşünürlər. Gürcülər indiyə qədər etdiklərinin qarşlığının Qərb tərəfindən lazımı şəkildə qarşılanmadığını bildirirlər".

 

Sizin Reklam Yeriniz