Əlaqə Arxiv
news Image
2015.07.07
17:00
| A A A
XİN Qerman Sterliqovun Dağlıq Qarabağa qanunsuz səfərini araşdırır

Qerman Sterliqov adlı şəxsin və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşməsi faktı hal-hazırda araşdırılır. Movqe.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.


H.Hacıyev deyib ki, bu şəxs qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edib və Dövlət Sərhədi haqqında Azərbaycan Respublikasının Qanununu pozub: "Müvafiq prosedurlara əsasən aparılan araşdırmanın nəticəsinə uyğun olaraq bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir".

Sizin Reklam Yeriniz