Əlaqə Arxiv
news Image
2015.07.08
11:00
| A A A
Avro zona ölkələrinin rəhbərləri Yunanıstanın Baş naziri ilə razılığa gəliblər
Bildirilir ki, sammitdə Yunanıstanın avro zonada qalması üçün tədbir görülməlidir

Avro zona ölkələrinin rəhbərləri Yunanıstanın Baş naziri Aleksis Tsiprasla razılığa gəliblər.

Movqe.az-ın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, avro zona ölkələrinin dövlət və hökumət rəhbərlərinin sammiti Yunanıstanın Avropa valyuta ittifaqında saxlanması barədə Avropa Qrupu qarşısında məqsəd qoyub.

Bildirilir ki, sammitdə Yunanıstanın avro zonada qalması üçün tədbir görülməlidir. Yunanıstan isə iyulun 8-i müvəqqəti razılığın əldə edilməsi üçün təklif verməlidir.

Avropa İttifaqı liderlərinin yekun qərarı vermək üçün iyulun 12-də Brüsseldə təkrar sammit keçirmək qərarına gəldiyini də bildirilir.

Sizin Reklam Yeriniz