Əlaqə Arxiv
news Image
2015.07.08
11:30
| A A A
Xidmət müddətini başa vuran hərbi qulluqçuların ehtiyata buraxılmaması məsələsinə aydınlıq gətirilib

General Novruzəli Orucov: "İyulun 1-dən başlayaraq ayrı-ayrı hərbi hissələrdə hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılıb

Xidmət müddətini başa vuran hərbi qulluqçuların ehtiyata buraxılmaması məsələsinə aydınlıq gətirilib. 

Movqe.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov "Report"a açıqlamasında bildirib ki, hərbi xidmət müddətini başa çatdıran şəxslərin hələ də hərbi hissələrdə saxlanması və ehtiyata buraxılmaması haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.

O bildirib ki, iyulun 1-dən başlayaraq ayrı-ayrı hərbi hissələrdə hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılıb: "Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən, iyulun 1-dən 30-dək həm hərbi xidmətə çağrış, həm də ehtiyata buraxılma prosesi həyata keçirilir". 

Sizin Reklam Yeriniz