Əlaqə Arxiv
news Image
2015.07.08
12:00
| A A A
Almaniya XİN: İranla razılaşma Orta Şərqdə təhlükəsizliyi möhkəmləndirəcək
İranla razılaşmanın əldə olunması İsrail üçün daxil olmaqla Orta Şərqdə təhlükəsizliyi möhkəmləndirəcək.

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer "ARD" telekanalına müsahibəsində bildirib.

 

"Söhbət hər-hansı bir sazişin bağlanılmasından getmir, söhbət İranla illər boyu davam edən münaqişəyə son qoyacaq və Orta Şərqdə təhlükəsizliyi möhkəmləndirəcək razılaşmaların bağlanılmasından gedir", deyə Frank-Valter Ştaynmayer bildirib və təhlükəsizliyin İsrail üçün də möhkəmləndiriləcəyini vurğulayıb.   

 

"İsrail və ərəb ölkələri danışıqları diqqətlə izləyir və yekun sazişdə hansı müddəaların əks olunacağını gözləyir. Bu səbəbdən də biz son cümləyədək, son sözədək  danışıqları çox diqqətlə aparmalıyıq", deyə nazir bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən tərəflər özlərini vaxt çərçivəsi ilə məhdudlaşdırmaq istəmir. 

Sizin Reklam Yeriniz