Əlaqə Arxiv
news Image
2015.07.08
14:40
| A A A
RFKP MK-nın üzvü Tamara Vasilyevna Pletnyevayla AKP MK-nın sədri Rauf Qurbanovun görüşü baş tutub

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, DD-da milli məsələlər komitəsinin sədr müavini, RFKP MK üzvü, Ümumrusiya " Nadejda Rossii" qadın hərəkatının rəhbəri  Pletnyeva Tamara Vasilyevna iyul ayının 4-dən 8-nə kimi Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Pletnyeva respublikada bir sıra mühüm  görüşlər keçirmiş, o cümlədən KPİ-Sov. İKP Mərkəzi Şurasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovla və partiya aktivi ilə görüşmüşdür. Tamara Pletnyeva Azərbaycan kommunistlərinə RFKP MK sədri Gennadi Zyuqanovun salamlarını çatdırmış və Azərbaycan kommunistlərinin lideri Rauf Qurbanova G. Zyuqanovun şəxsi hədiyyəsini təqdim etmişdir. Görüşdə partiyalar arasında  işgüzar əlaqələrin daha da  inkişaf etdirilməsi, xalqlar arasında dostluq və mehribançılıq münasibətlərinin dərinləşdirilməsi məsələləri geniş müzakirə olunmuşdur. Pletnyeva bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək parlament seçkilərində Azərbaycan kommunistlərinə uğurlar arzulamışdır. Hörmətli qonaq Bakının bir sıra görməli yerlərində olmuş, şəhərin gözəlliyindən, Azərbaycanın iqtisadi cəhətdən inkişafından dərin məmnunluq hissini bildirmişdir.

RF DD-nın deputatı, RFKP MK-nın üzvü Tamara Vasilyevna Pletnyevanı AKP MK-nın sədri Rauf Qurbanov və AKP MK-nın digər məsul işçiləri iyulun 08-də Bakı şəhəri Heydər Əliyev Hava limanından Moskvaya yola salmışlar.

Sizin Reklam Yeriniz