Əlaqə Arxiv
news Image
2015.07.08
16:00
| A A A
`İsa homoseksualları dəstəkləyərdi` - Keçmiş ABŞ prezidenti

ABŞ-ın sabiq prezidenti Cimmi Karter hesab edir ki, İsa peyğəmbər eynicinsli nikahları dəstəkləyirdi.Bu barədə movqe.az ` The Huffington Post`-a istinadən xəbər verir.`Mən hesab edirəm ki, əgər o dürüst, səmimi və heç kimə ziyan vurmursa, onda İsa istənilən sevgini dəstəkləyərdi. Mən gey-nikahların kiməsə ziyan vurduğunu görmürəm`, - deyə Karter öz yeni memuarı - `Tam həyat: Doxsan ildə düşüncələr` təqdimatı zamanı bildirib.Karter öz kitabında inama böyük diqqət ayırır.Nəşr vurğulayır ki, sabiq prezidentin dini inancları amerikalıların istədiyi şəxslə evlənmək haqqında qanunu dəstəkləməyinə mane olmur. Qeyd edək ki, iyunun 26-ı ABŞ Ali Məhkəməsi bütün ölkə ərazisində eynicinsli nikahları leqallaşdırıb.



Sizin Reklam Yeriniz