Əlaqə Arxiv
news Image
2015.07.08
20:00
| A A A
Polad Bülbüloğlu:"Qarabağa qanunsuz səfər etməklə Lyubov Kazarnovskaya bütün mövcud beynəlxalq normaları pozub"
Bu, peşəsindən asılı olmayaraq, bütün insanlara aiddir

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər etməklə Rusiya opera ifaçısı Lyubov Kazarnovskaya bütün mövcud beynəlxalq normaları pozub.

Movqe.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

"Azərbaycan hakimiyyəti tərəfindən bu cür tədbirlərin görülməsi bütün mövcud beynəlxalq normaları pozmaqla Dağlıq Qarabağa gedən və sənətinə yüksək qiymət verdiyimiz Lyubov Kazarnovskayaya da ona görə şamil edilib ki, bu normalar peşə fəaliyyətindən asıllı olmayaraq bütün insanlara aiddir", - səfir bildirib.

Səfir xatırladıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər yalnız ölkə hakimiyyətinin icazəsi ilə mümkündür.

Sizin Reklam Yeriniz