Əlaqə Arxiv
news Image
2015.07.09
20:45
| A A A
50-yə yaxın gözdən əlil şəxs ingilis dili öyrənir

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 6 ayında 48 nəfər gözdən əlil şəxs peşə hazırlığı kurslarına cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, həmin şəxslərdən 24 nəfəri xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçiblər. Qalan 24 nəfər gözdən əlil şəxsə isə brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsi öyrədilib.

Gözdən əlil şəxslər üçün peşə hazırlığı kursları xüsusi təchiz olunmuş sinif otaqlarında təşkil edilib. Gözdən əlil şəxslərin sosial, o cümlədən peşə reabilitasiyasının daha dolğun və səmərəli şəkildə həyata keçirilməsi məqsədilə hazırda ƏƏSMN tərəfindən Bakının Sabunçu rayonunda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir.

Mərkəzdə bu təbəqədən olan şəxslərin sosial reabilitasiyası, o cümlədən gündəlik həyatda zəruri bacarıq və vərdişlərə, eləcə də peşə-əmək qabiliyyətlərinə yiyələnmələri və s. istiqamətlərdə işlər aparılacaq.

Sizin Reklam Yeriniz