Əlaqə Arxiv
news Image
2015.07.10
10:45
| A A A
Avropada Azərbaycanla bağlı yol verilən yanlışlıqlar
Arzu Nağıyev: “Həmin dairələr Azərbaycanın iqtisadi layihələrdən əldə edəcək mənfəətinə qısqanclıqla yanaşır” Taryel Faziloglu: “Avropa hələ də Azərbaycanın yerləşydi regiona alazımi diqqət ayırmır”

Azərbaycanın bilavasitə iştirakı və təşəbbüsü ilə həyata keçrilən enerji və digər layihələrdən bu gün yararlanan əsas tərəflərdən biri də Qərb ölkələridir. Xüsusən də Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında Bakı-Tiflis-Ceyhan, hazırda reallaşmaqda olan TANAP və TAP kəmərləri mühüm rol oynayır. Yaxın tezlikdə istifadəyə veriləcək Bakı-Tiflis-Qars kəməri də Avropa və Qərb dünyası üçün az əhəmiyyət kəsb etmir. Amma Azərbaycanın Qərb üçün də böyük əhəmiyyət kəsb edən belə layihələrin müəllifi olması, xarici siyasətində Avroatlantik məkana inteqrasiya kursu seçməsinə baxmayaraq, Qərbdə müəyyən dairələrin ölkəmiz əleyhinə çıxması təəccüb doğurur.

Siyasi şərhçi Arzu Nağıyev bildirir ki, burada bir neçə məqam var: "Birincisi, həmin dairələrin Azərbaycanın iqtisadi layihələrdən əldə edəcək mənfəətinə qısqanclıqla yanaşmalardır. Bu da ilk növbədə erməni lobbisindən qaynaqlanır. Məsələn, İlk Avropa Oyunlarının keçirilməsində Azərbaycanın xarici sərmayəçilərin iştirakına ehtiyacı olmadı. Bütün xərcləri öz hesabına etdi. Bundan başqa müsəlman dövlətinin belə inkişaf dövrünü keçməsi və enerjidaşıyıcıları ilə bağlı layihələri öz imkaları hesabına həyata keçirməsi, maliyyə cəhətdən heç kimə müraciət belə etməməsi də müəyyən dairələrdə narahatlıq yaradıb".

Digər ekspert Taryel Faziloglu bildirdi ki, Avroatlantik məkan ilə bağlı həyaat keçirdiyi siyasət Azərbaycanın öz mövqeyidir: "Azərbaycanın yerləşdiyi strateji nöqtədə maraqlar kəsişir. Avropa isə sanki maraqların kəsişdiyi nöqtənin tam ortasında özünü görmək istəmir. Avropa hazırda daxili sıxıntı, böhran vəziyyətindədir. Bu baxımdan Avropa hələ də Azərbaycanın yerləşydi regiona alazımi diqqət ayırmır. İkincisi, dünyaya enerji satışını təşkil edən Azərbaycanın böyük rəqibləri var. Səudiyyə Ərəbistanı, İran, Rusiyanın adlarını çəkə bilərik. Dünya neft bazarında Azərbaycanın yerinin olması və onların bazarlarının müəyyən hissəsini tutmasını, gəlirlərinə şərik olması həzm edilmir. Buna görə də böyük lobbi təşkilatları, özlərinin siyasi gücləri vasitəsi ilə Azərbaycana qarşı dururlar ki, bu da Avropanın anti-Azərbaycan mərkəzlərini özündə birləşdirir. Bütün bunların fonunda Avropaya istiqamətlənmiş addımların qarşılığının olmaması meydaan çıxır".

Sizin Reklam Yeriniz