Robert Köçəryan yeni partiya yaradır
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın hakimiyyəti illərində xarici işlər naziri işləri olmuş Vardan Oskanyan və onun "Çiçəklənən Ermənistan" Partiyasındakı keçmiş həmkarı Vaqe Ovannisyan bu yaxınlarda yeni siyasi partiyanı elan edəcəklər.
Movqe.az xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
"Jamanak" qəzeti yazır ki, yeni partiya ölkənin siyasi həyatında "Çiçəklənən Ermənistan" Partiyasını əvəzləyəcək: "Həmin qüvvə ilk növbədə keçmiş prezident Robert Köçəryan üçün siyasi səhnədə yer azad etməklə yanaşı, onun böyük siyasətə qayıdışına lobbiçilik də edəcək".