Əlaqə Arxiv
news Image
2015.07.11
16:00
| A A A
Azərbaycan Prezidenti ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib
Görüşdə iki ölkənin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Movqe.az xəbər verir ki, Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etməsinin və Oyunlar zamanı gözəl əhvali-ruhiyyənin mövcud olmasının önəmini qeyd edən Amos Hokstayn bunun həm Azərbaycan, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu deyib.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkənin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Sizin Reklam Yeriniz