Əlaqə Arxiv
news Image
2015.07.11
20:00
| A A A
Saakaşvili gömrükçüləri cazibədar modellərlə əvəzləyir
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili öz yeni müavinlərini Ukrayna prezidentinə təqdim edib.

Onlar 25 yaşlı Avromaydan fəalı Yuliya Maruşevskaya və Əfqan müharibəsinin 51 yaşlı qəhrəmanı, biznesmen Vladimir Jmak olub.


Saakaşvili lovğalanıb ki, onun hər iki müavini dövlət xidməti təcrübəsinə malik deyil. Gürcü siyasətçisinin fikrincə, o "yeni, təmiz və səlahiyyətli insanlar"ı hakimiyyətə gətirib çıxarmağı bacarıb.


Odessa qubernatoru yeni müavinləri haqda Facebook səhifəsində abunəçilər qısa tanışlıq verib. Xüsusi olaraq o, 25 yaşlı Yuliya haqqında bildirib ki, onun tələbəlik illəri ABŞ-ın ən yaxşı universitetlərindən birində keçib.











Saakaşvili yeni müavinlərini Ukrayna prezidentinə təqdim edir


"25 yaşlı Avromaydan fəalı bütün dünya telekanallarında öz klipləriylə və televiziya çıxışlarıyla məşhur olub. O, Ukraynanın azadlığının müdafiəsi üzrə ümumdünya kampaniyası aparırdı. Yuliya son illər ərzində Harvard və Stenford universitetlərində kurslar keçib. O, özü Odessa vilayətinin Tatarbunar rayonunundandır",- deyə Saakaşvili qeyd edib.


Avromaydan fəalı Yuliya Maruşevskaya













Saakaşvilinin yeni müavini sosial şəbəkə istifadəçilərinə "Mən – ukraynalıyam" klipindən tanışdır. Saakaşvili etiraf edib ki, Vladimir onun köhnə tanışıdır. Bir-birilərini 30 ildir tanıyırlar.(ANSPRESS)


Sizin Reklam Yeriniz