Əlaqə Arxiv
news Image
2015.07.12
12:30
| A A A
Avropa qrupunun görüşündə Yunanıstana dair qərar qəbul olunmayıb
Maliyyə Nazirləri Şurasının sessiyası bu gün davam etdiriləcək

Avropa qrupunun Maliyyə Nazirləri Şurasının görüşü başa çatıb, yekun qərar qəbul olunmayıb.

Movqe.az xəbər verir ki, bu barədə Finlandiyanın maliyyə naziri Aleksandr Stubb öz "Twitter" səhifəsində yazıb.

"Avroqrupun sessiyası başa çatdı. Sabah yenə davam etdirəcəyik", — deyə o yazıb.

"Sky News"un məlumatına görə, Slovakiyanın maliyyə naziri Peter Kazimir bildirib ki, qərar çox güman ki, mənfi olacaq.

"The Guardian" yazır ki, Avropa qrupunun prezidenti Yerun Deysselblumun qeydinə görə, görüş iyulun 12-si səhər saat 11:00-da davam edəcək.

"Yunanıstanın təklifləri üzrə dərin müzakirələr gedir. Bu asan deyil, lakin iş davam etdirilir", — deyə Avroqrupun rəhbəri bildirib.

Sizin Reklam Yeriniz