Əlaqə Arxiv
news Image
2015.07.13
22:00
| A A A
Sabah Omskda matəm günüdür

Vilayətdə Rusiyanın dövlət bayrağı endiriləcək, bütün əyləncəli tədbirlər təxirə salınacaq

Rusiyanın Omsk şəhərində kazarmanın uçması nəticəsində ölənlərin xatirəsinin yad edilməsi məqsədilə iyulun 14-də vilayətdə matəm günü elan olunub.

Movqe.az "Report"-a istinadən xəbər verir ki, bu haqda Omsk vilayətinin qubernatoru Viktor Nazarov uyğun sərəncam imzalayıb.

Sabah vilayətdə Rusiyanın dövlət bayrağı endiriləcək, bütün əyləncəli tədbirlər təxirə salınacaq.

Qeyd edək ki, iyulun 13-də Omskda Hərbi Desant Təlim Mərkəzinin kazarması uçub. Dağıntılar altından 42 hərbçi çıxarılıb, onlardan 23-ü ölüb, 19-u isə xəstəxanaya yerləşdirilib. 

Sizin Reklam Yeriniz