Əlaqə Arxiv
news Image
2015.07.14
11:00
| A A A
Poroşenko Ukraynanın Ermənistandakı səfirini vəzifəsindən kənarlaşdırıb
Kuxta İvan Petroviç vəzifəsindən azad edilsin

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin Ermənistandakı səlahiyyətli səfiri İvan Kuxtanı vəzifəsindən kənarlaşdırıb.

Movqe.az xəbər verir ki, müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub.

"Kuxta İvan Petroviç Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin", — deyə məlumatda bildirilir.

Bundan əlavə, Poroşenko Yuri Baydakı Ukrayna Hərbi Hava Qüvvələri baş komandanı vəzifəsindən azad edib. O, həmçinin ölkənin Belarusdakı səfiri Mixail Yejeli tutduğu vəzifədən uzaqlaşdırıb.

Sizin Reklam Yeriniz