Əlaqə Arxiv
news Image
2012.09.24
12:42
| A A A
Yaponiya Çinə nota verdi

Bu gün Çin sahil mühafizə gəmilərindən biri də nümayişkəranə şəkildə Yaponiyanın öz ərazisi saydığı mübahisəli Senkaku (Dyaoyuydao) adalarına yaxınlaşıb. 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, dünən Çinə məxsus iki təhqiqat gəmisi də adalara yaxınlaşıb və bununla da həmin zonadakı Çin gəmilərinin sayı 11-ə çatıb. 
Çin gəmiləri sentyabrın 18-dən adaların sahillərinə yaxınlaşmağa başlayıb. Yaponiyanın Sahil Mühafizə Xidməti radioəlaqə ilə Çin gəmilərinin beynəlxalq sulara qayıtmasını tələb etsələr də, çinlilər cavab vermir. Yaponiya baş nazirinin yanında yaradılmış Böhran Qərargahı fəaliyyət göstərir. Yaponiya Xarici İşlər Nazirliyi bu gün Çin sahil mühafizə gəmisinin adalara yaxınlaşması ilə bağlı Pekinə nota verib. Nota Çinin Yaponiyadakı səfirliyinin müşavirinə telefonla çatdırılıb. Bunun özü də Yaponiyanın vəziyyətin gərginləşməsində maraqlı olmadığını göstərir.

Sizin Reklam Yeriniz