Əlaqə Arxiv
news Image
2015.07.16
09:00
| A A A
Cəbhədə erməniləri daha böyük itkilər gözləyir
Fərrux Məmmədov: “Müdafiyə Nazirliyi bu qərarı verməklə yeni hərbi və siyasi gedişin başlanğıcını qoya bilər” Ziyadxan Bəkirov: “Onlar sülhə gəlmirlərsə, güc zoruna erməniləri buna məcbur etmək bizim haqqımızdır”

Azərbaycan cəbhədə atəşkəsin pozulması hallarına daha sərt addımların atılacağının elanını verdi. Belə ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov yaşayış məntəqələrinin ermənilər tərəfindən atəşə tutulması halında atıcı silahların əhatə dairəsindən uzaq olan düşmən mövqelərinə, erməni əhalinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Azərbaycan Ordusunun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi barədə xüsusi tapşırıq verib. Nazir bunu Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın cəbhəboyu yerləşən yaşayış məntəqələrinin atəşə tutulması və atəşkəs rejiminin pozulması hallarının artmasına münasibət bildirərkən deyib. Mütəxəssislərin fikrincə, nazirin bu cür addım atması cəbhədə yeni mərhələnin başlanğıcığından xəbər verir.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir: "Azərbaycan Müdafiyə Nazirliyinin həmin ərazidə keçirəcəyi istənilən əməliyyat beynəlxalq norma və hüquqa zidd deyil. Çünki bu ərazilər müvəqqəti işğal altındadır. Ermənistan tərəfi isə iyirmi iki ildir ki, işğal olunmuş ərazilərimizdən Azərbaycanın digər yaşayış yerlərini atəşə tutur, hətta bu, zaman-zaman sivil şəxslərin ölümü ilə nəticələnir. Ermənistan heç bir beynəlxalq hüququ tanımır və öz məkrli hərəkətlərini havadarı olan Rusiyaya güvənərək davam etdirir. Müdafiyə Nazirliyi bu qərarı verməklə yeni hərbi və siyasi gedişin başlanğıcını qoya bilər. Bu addım çoxdan atılması gərəkən addım idi. Düşmən bu günə qədər bizim humanizliyimizdən istifadə edib. Lakin artıq "dur" demənin zamanıdır. Ermənilərin bu günə qədər rahat davranmalarının səbəbi onlara bu tip cavabların verilməməsi ilə bağlıdır. Digər tərəfdən ermənilər bu məsələdən provakasiya üçün də istifadə edə bilərlər. Burda atılacaq olan bütün addımlar düşünülməli və zamanında cavabı verilməlidir. Əgər ermənilərə cəbhədə cavab verilməzsə, onların istəkləri və gələcək üçün planları daha böyük olacaq".

Hərbçi-ekspert Ziyadxan Bəkirov qeyd edir ki, bu, yerində olan əmrdir: "Çünki, ermənilərə daha sərt cavab verilmirdi deyə, bu günə qədər atəşkəsi pozur, mülki şəxslərimiz belə öldürürdlər. Ancaq bütövlükdə Ermənistan Azərbaycandan qorxur. Belə olmasa idi, bizə imkan verməzdilər. Odur ki, nazirin mövqeyini tam dəstəkləyirəm. Onlar sülhə gəlmirlərsə, güc zoruna erməniləri buna məcbur etmək bizim haqqımızdır. Erməni niyə bizi öldürməlidir ki? Bütün dünya təsdiqləyir ki, bu məsələdə günahkar ermənilərdir. Ona görə də niyə biz onları öldürəməməliyik? Düzdür, bu gün danışıq yolunu buraxıb, silalha danışmaq düzgün deyil. Ancaq düşmənlərimizdə o mərdlik yoxdur ki, onlarla dillə danışaq".

Sizin Reklam Yeriniz