Əlaqə Arxiv
news Image
2015.07.16
18:10
| A A A
Bu xanım prezident seçkilərində Lukaşenkonun rəqibi olmaq istəyir

Belarusun Mərkəzi Seçki Komissiyasına "Qovori pravdu" ("Həqiqəti söylə") vətəndaş kampaniyasının fəalı Tatyana Korotkeviçin ölkə prezidentliyinə namizədliyinin irəli sürülməsi üçün sənədlər daxil olub.Oxu.az bu barədə "İnterfaks"a istinadən xəbər verir. "Seçkilər və referendumların keçirilməsi üzrə Mərkəzi Komissiyaya seçicilərin imzalarının toplanması üzrə bir qrup vətəndaşdan Tatyana Nikolayevna Korotkeviçin ölkə prezidentliyinə namizədliyinin irəli sürülməsi üçün sənədlər daxil olub", - MSK-nın məlumatında bildirilib. Qeyd edək ki, Belarusda prezident seçkiləri 2015-ci ilin oktyabr ayının 11-də keçiriləcək.


Sizin Reklam Yeriniz