Əlaqə Arxiv
news Image
2015.07.17
21:00
| A A A
Rusiya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gücləndirilməsinin vaxtı çatıb"
Elmar Məmmədyarov: "Yaxın zamanlarda münaqişənin həllində sıçrayış gözlənilir

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gücləndirilməsinin vaxtı çatıb".

Movqe.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü zamanı bildirib. 

S.Lavrov bildirib ki, ümumi əhvali-ruhiyyə və nəticə əldə etmək arzusunu nəzərə alaraq, danışıqlarda irəliləyişi təmin etmək olar. 

Öz növbəsində E.Məmmədyarov vurğulayıb ki, İranın nüvə proqramının həllinə dair uzun müddət sürən danışıqların tamamlanması Dağlıq Qarabağ probleminin də həll olunacağına ümid yaradır: "Yaxın zamanlarda münaqişənin həllində sıçrayış gözlənilir". 

Sizin Reklam Yeriniz