Əlaqə Arxiv
news Image
2015.07.20
12:00
| A A A
Zakir Həsənov: "Döyüşə birlikdə gedəcəyik, bölüşdürün!" (VİDEO, FOTO)
Müdafiə naziri ön cəbhədə hərbçilərlə birlikdə süfrə arxasında əyləşib.

Xəbər verdiymiz kimi müdafiə naziri Zakir Həsənov iyulun 19-da cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.


Movqe.az-ın məlumatına görə, Zakir Həsənov döyüş hazırlığı, təminatı, sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb.


Müdafiə naziri şəxsi heyəti bayram münasibətilə təbrik edərək dağlıq ərazilərdəki ön səngərlərdə yerləşən hərbi qulluqçulara bayram sovqatları təqdim edib, xidmətdə fərqlənənləri qiymətli hədiyyələrlə mükafatlandırıb və şəxsi heyətlə xatirə şəkli çəkdirib.


Daha sonra Zakir Həsənov əsgərlərlə bir süfrə arxasında əyləşib. Nazir çörəyini götürərək onu əsgərlərlə paylaşıb və bunları deyib: "Qayda budur. Biz döyüşə birlikdə gedəcəyik, ona görə də çörəyi bölüşdürün".


Nazirin bu sözləri əsgərlərdə döyüş ruhunu daha da yüksəldib.


Zakir Həsənov əsgərlərlə bir süfrə arxasında






































Həmçinin bax: Prezident işarə verdi, Ordumuz Qarabağa hazırlaşır (FOTO)


Ön cəbhədə hərbçilərlə görüşdə bildirilib ki, bizim ordumuz daha 90-cı illərin əvvəllərindəki pərakəndə ordu deyil. Bu ordu artıq bir mərkəzdən idarə olunan, vahid komandanlığa tabe mütəşəkkil ordudur. Məzlum erməni xalqını uçuruma aparan Ermənistanın kriminal siyasi və hərbi rəhbərliyi nə qədər gec deyil, öz çirkin və məkrli niyyətlərindən əl çəkməlidir. Əks təqdirdə möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bir həftə ərzində orada daş daş üstə qalmaz.



Sizin Reklam Yeriniz