Əlaqə Arxiv
news Image
2015.07.21
18:10
| A A A
Elmar Məmmədyarov Mövlud Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb

Məktubda bu acı gündə Türkiyə xalqının dərdinin bölüşüldüyü və törədilmiş qəddar terror aktının qəti şəkildə pisləndiyi vurğulanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb. Bu barədə Movqe.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məktubda həlak olmuş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib və yaralananlara və xəsarət alanlara Allahdan şəfa diləndiyi qeyd olunub.

Həmçinin məktubda bu acı gündə Türkiyə xalqının dərdinin bölüşüldüyü və törədilmiş qəddar terror aktının qəti şəkildə pisləndiyi vurğulanıb.

Sizin Reklam Yeriniz