Əlaqə Arxiv
news Image
2015.07.23
13:30
| A A A
Azərbaycanlı hakerlər "Qarabağ"ın rəqibinin saytını dağıtdı

UEFA Çempionlar Liqasının III mərhələsində "Qarabağ"a rəqib olan Şotlandiyanın "Seltik" klubunun rəsmi TV saytı dağıdılıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı hakerlər tərəfindən hücuma məruz qalan sayt dağıdılıraq ora Azərbaycan bayrağının rəsmi yerləşdirilib və www.fcqarabagh.com yazılıb. Hadisəni "Azerbaijan Black Hats" qrupu törədib və fotonun altında imzalarını da qeyd ediblər. Qeyd edək ki, "Seltik"lə "Qarabağ" arasındakı matçlar iyulun sonunda və avqustun əvvəlində keçiriləcək. İlk oyun Şotlandiyada olacaq.


Sizin Reklam Yeriniz