Əlaqə Arxiv
news Image
2015.07.23
13:40
| A A A
Rusiyanın nüvə bombardmançısı ABŞ-ı necə təbrik etdi

İyulun 4-də, ABŞ-ın Müstəqillik gününü qeyd etdiyi bir vaxtda Rusiyanın Tu-95 strateji bombardmançı təyyarələrinin Birləşmiş Ştatların Alyaska və Kaliforniya sahillərində göründüyü haqda xəbər vermişdik. İndi isə məlum olur ki, Rusiya nüvə bombardmançıları həmin gün təkcə ABŞ-ın hava hüdudları yaxınlığında manevr etməklə kifayətlənməyiblər. Üstəlik amerikalıları Müstəqillik günü ilə bağlı təbrik ediblər. Virtualaz.org saytı xəbər verir ki, Washington Free Beacon Pentaqondakı mənbələrə istinadən Rusiya bombardmançılarının pilotlarının efirdən onları müşaiyət etmək üçün havaya qaldırılan Amerika qırıcılarının pilotlarına belə mesaj göndərib: "Sabahınız xeyir, amerikalı pilotlar, biz ona görə buradayıq ki, sizi Müstəqillik Gününə görə təbrik edək". Pentaqonda Rusiya pilotlarının bu "zəhərli" frazasının gizli təhdid təşkil etdiyini qeyd ediblər. Həmin gün Rusiyanın iki Tu-95 bombardmançısı səhər saatlarında Alyaska sahillərində qeydə alınıb. Az sonra ikinci insident Kaliforniya ştatı sahillərində baş verib. Hər iki halda ABŞ-ın F-22 "Raptor" və F-15 qırıcıları nüvə raketi daşıyan Rusiya bombardmançılarını müşaiyət etmək üçün havaya qaldırılıb.

Sizin Reklam Yeriniz