Əlaqə Arxiv
news Image
2015.07.23
17:40
| A A A
Rusiya “ölüm robotu”nu təqdim etdi

Rusiya Silahlı Qüvvələri yeni pilotsuz döyüş robotu "Platform-M"i ölkənin Qara dəniz donanmasına ev sahibliyi edən Sevastopol şəhərində ictimaiyyətə təqdim edib. Axar.az xəbər verir ki, Rusiya Elmi Araşdırma Texnologiya İnstitutu tərəfindən hazırlanan bu robot Kalaşnikov tüfəngləri və qumbaraatanlarla təchiz olunub. Uzaqdan idarə olunan robot dünyanın ən effektli son texnikası hesab olunur. Nisbətən ucuz və kəşfiyyat məlumatları toplamaq üçün ən ideal variant olan "Platform-M" patrul gəzdirmə, yük daşıma kimi xüsusiyyətləri özündə cəmləşdirib. Robot sabit və hərəkət edən istənilən hədəfi məhvetmə qabiliyyətinə malikdir. Bu arada Tokioda yayımlanan "Diplomat" jurnalı Rusiyanın "Platform-M"-dən daha üstün bir robot hazırladığını iddia edib. Jurnalın əldə etdiyi məlumata görə, yeni robotu 20 km məsafədən idarə etmək mümkün olacaq.



Sizin Reklam Yeriniz