Türkiyə hakimiyyəti Suriya və İraqa vuruşmağa gedən xarici yaraqlıların qarşısını almaq üçün sərhədlərini möhkəmləndirir. "Azadlıq" radiosununun müxbiri 900 kilometrlik Suriya sərhəddinin bir sıra yerlərində beton sədlər çəkilməsinə başlandığını xəbər verir.Türkiyə hökuməti həmin ərazilərə hərbi hissələr və texnika yeridir.Bu ərazilərdə əlavə hərbi məntəqələr, kameralar quraşdırılması və ikiqat tikanlı məftillər çəkilməsi də nəzərdə tutulur.Baş nazirin müavini Bulent Arınc Ankarada keçirdiyi mətbuat konfransında deyib ki, məqsəd Türkiyə və Suriya xalqlarını bir-birindən ayırmaq yox, terrorçuların hərəkətini dayandırmaqdır.Amma müxalifət bu tədbirlərin yetərli olmadığını deyir və hakimiyyəti sərhədlərin təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırır.Hazırda Türkiyənin Suriya ilə həmsərhəd olan bölgələrində 2 milyondan çox Suriya qaçqını var.Bu bölgələrdə vaxtaşırı terror aktları törədilir, qaçaqmalçılıq baş alıb gedir və İŞİD qrupuna qoşulmaq üçün Suriyaya yaraqlılar keçirilir.Bu günlərdə Suriyanın Suruc şəhərində törədilən terror aktında 32 nəfər ölüb, 100-ə yaxın adam isə yaralanıb. Bu şəhər Suriya sərhəddinin 10 kilometrliyində yerləşir.