Əlaqə Arxiv
news Image
2015.07.24
16:10
| A A A
Prezident İlham Əliyev İsrailin Azərbaycandakı səfirini qəbul edib
Səfir: “Azərbaycanla bağlı xoş xatirələr qəlbimdə daim yaşayacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Movqe.az-ın xəbərinə görə, Rafael Harpazın ölkədəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlət başçısı gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Səfir Prezident İlham Əliyevə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan ilə bağlı xoş xatirələr onun qəlbində daim yaşayacaq.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz