Əlaqə Arxiv
news Image
2015.07.24
16:40
| A A A
Türkiyənin şərqində partlayış baş verib
Polis partlayışın qaz sızması nəticəsində baş verdiyini istisna etmir

Türkiyənin şərqindəki Elazığ şəhərində yerləşən hotellərin birində partlayış baş verib. Bu barədə Movqe.az "Sabah" qəzetinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, partlayış nəticəsində üç nəfər yaralanıb.

Polis partlayışın qaz sızması nəticəsində baş verdiyini istisna etmir. Bəzi məlumatlara görə, partlayış baş verən otaqda şüşədə tez alışan maye saxlanılıb.

Partlayışın baş verdiyi Elazığ şəhəri terror aktı nəticəsində 30 nəfərdən artıq insanın həlak olduğu Suruçdan təxminən 200 kilometr şimalda yerləşir. 

Sizin Reklam Yeriniz