Əlaqə Arxiv
news Image
2015.07.25
08:00
| A A A
İşğal altındakı rayonlar qaytarılır
Elman Nəsirov: “Vaşinqton, Moskva və Paris də Dağılq Qarabağ Qarabağ ətrafndakı 7 rayonun Azərbaycana qaytarılması məsələsində əvvəlkindən daha israrlı görünürlər”

Bu günlərdə bölgədə səfərdə olan Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsindən danışarkən belə bir ifadə işlədib ki, həll prosesi nəticəsində yaranacaq sülh Azərbaycanın xeyrinə əldə olunacaq. İrəvanda olarkən isə o, ilk növbədə Dağlıq Qarabağ əirafındakı 7 rayonun Azərbaycanın nəzarətinə geri verilməsinin vaciblyini önə çəkdi. Ümumiyyətlə, son zamanlar Minsk qrupunun üzvləri olan ABŞ və Rusiya tərəfdən münaqişənin həlli vaxtının çatdığı barədə fikirlər səslənməyə başlayıb. Belə bir fikirlə bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış etdi. Ardınca anoloji sözləri Ceyms Uorlik də səsləndirdi.

Politoloq Elman Nəsirovun fikrincə, Azərbaycanın hər bir sahədə artan qüdrəti nəhayət həmsədrləri də bu qənaətə gəlməyə vadar edib ki, sülh ölkəmizin xeyrinə əldə olunacaq: "Azərbaycan dövləti olaraq hər zaman maraqlıyıq ki, münaqişənin həlli ilə bağlı prosesdə dönüş yaransın. Proseslər "ölü nöqtə"dən tərpənərək, hərəkətə keçməlidir. Hesab edirəm ki, amerikalı həmsədr Ceyms Uorlikin münaqişənin həlli istiqamətində proseslərin Azərbaycanın xeyrinə gedəcəyilə bağlı dedikləri fikirlər diqqəti kifayət qədər cəlb edəndir. Son dövrlər münaqişənin həlli istiqamətində həmsədrlərin diqqəti cəlb edəcək səviyyədə bir aktivliyi müşahidə olunmaqdadır. Vaşinqtonda keçirilən görüşlər, Ceyms Uorlikin Rusiyaya səfəri, burada mətbuata verdiyi müsahibə, ardınca regiona səfərləri, Azərbaycan xarici işlər nazirinin Moskvaya səfəri, bunlar hamısı onu göstərir ki, konfliktin həlli prosesində əvvəlki illərə xas olmayan bir aktivlik gözə dəyir. Uorlik özünün bu nikbin mövqeyini şərtləndirən amillərə aydınlıq gətirməyib. Amma bir məsələ aydındır ki, həmin mövqeyi o Ermənistanda da səsləndirdi və bu, Vaşinqtonun mövqeyi kimi öz ifadəsini tapdı. Uorlikin belə bir yanaşması da var ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ABŞ-la Rusiya arasında fikir ayrılığı yoxdur. Yəni, hansı mövqeyi Vaşinqton müdafiə edirsə, həmin mövqeyi müdafiə edənlərdən biri də Rusiyadır. ABŞ-ın mövqeyi bu şəkildə İrəvanda da Uorlik tərəfindən səsləndi. Bu fikirlər Dağlıq Qarabağ ətrafındakı ərazilərin işğaldan azad olunmasından ibarətdir ki, bununla da əslində, Ermənistanın işğalçı olması faktı birbaşa Uorlikin dilindən səslənir. Söhbət təbii ki, ilk növbədə 7 rayonun Azərbaycana qaytarılmasından gedir. Bunun ardınca məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması, həmçinin, beynəlxalq sülhməramlı qüvvələrin regionda yerləşməsi və təhlükəsizlik təminatı məsələsi də öz əksini tapıb. Nəhayət dördüncü məqam Dağlıq Qarabağın statusu məsələsindən ibarətdir. Burada birinci məqam, yəni, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğaldan azad edilməsi fikri hesab edirəm ki, həlledici fikirdir. Digər amillər isə birbaşa bu məsələdən asılı olan məsələdir. Bu nöqteyi-nəzərdən Ceyms Uorlik həmin mövqeyi Bakıda səsləndirib, İrəvanda səsləndirməsəydi, həmin fikrə şübhə ilə yanaşmaq olardı. Amma ilk növbədə bu mövqe İrəvanda səsləndi, orada mətbuat qarşısında da Uorlik həmin fikrini müdafiə etdi. Hesab edirəm ki, Uorlikin bu nikbin ovqatı ciddi əsaslara söykənir. Xüsusilə bu vacibdir ki, rəsmi Moskva ilə rəsmi Vaşinqton arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində fikir ayrılığı yoxdur. Deməli, Vaşinqton, elə Moskva ilə Paris də Qarabağ ətrafndakı 7 rayonun Azərbaycana qaytarılması məsələsində əvvəkindən daha israrlı görünürlər. Zənnimcə, bu da səbəbsiz deyil. Çünki, Azərbaycan Ordusu heç zaman olmadığı bir səviyyədə olduqca güclənib. Döyüş bölgələri üzrə keçirilən hərbi təlimlər də Azərbaycanın güclü olduğunu göstərir. Ordumuz ən müasir silahlarla silahlanıb. Belə olan vəziyyətdə düşünürəm ki, həmsədrlər də konfliktin həllilə bağlı həlledici addımlar atılmadığı təqdirdə onun müharibəyə çevrilməyəcəyinə heç bir təminatın olmadığının fərqindədirlər. Həm də bu qədər gücün qarşısında Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarması labüd görünür. Bu məntiqdən çıxış edərək Ermənistanın müdafiə nazirinin müavini bu günlərdə bildirdi ki, ölkəsi azərbaycanlı girovların geri qaytarılması məsələsinə baxmağa prinsipcə hazırdır. Bu da Azərbaycan Ordusunun güc potensialının təsiri altında baş verən proseslərdir. Hesab edirəm ki, bu məntiqdən çıxış edərək, amerikalı həmsədr belə bir mövqe irəli sürüb".

Sizin Reklam Yeriniz