Əlaqə Arxiv
news Image
2015.07.25
11:15
| A A A
Qərb Azərbaycan siyasətinə zəruri düzəlişlər edir
Ölkəmizin ABŞ və Avropa üçün hansı böyük əhəmiyyət kəsb etməsi yenidən etiraf olunur

Son günlərdə Qərb dairələrinin Azərbaycanla münasibətlərini yaxınlaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirdikləri aydın müşahidə olunur. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və ardınca da ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland kimi diplomatların səfərləri və bəyanatları da bunu deməyə əsas verir.

Siyasi şərhçi Arzu Nağıyev bildirdi ki, Qərbdə fəaliyyət göstərən bir sıra siyasi qurumlar son vaxtlar anti-Azərbaycan xəttini seçərək öz həyat tərzini, fikirlərini bizə diktə etməyə çalışırdı: "Müvafiq qərarlar qəbul etməyə təhrik edirdi. Lakin ortaya qoyulan məntiqli təpkilərlə üzləşəndən sonra bu istəklər baş tutmadı. Heç bir məntiqə sığmır ki, hansısa bir Qərb dövlətinin qanunverici orqanı Azərbaycan üçün qanun hazırlasın və ya bunun tətbiq edilməsini təklif etsin. Məhz buna görə də Bakı və Avropanın bir sıra qurumları arasında narazılıqlar yarandı. Azərbaycan dəfələrlə Avropaya bir nömrəli problem kimi Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq normalarla və qəbul edilən qətnamələrin yerinə yetrirlməsi istiqamətində konkret fəaliyyətin həyata keçirilməsini təklif edirdi, onlar isə qeyri-hökumət təşkilatının rəhbərinin həbsindən narahat olduğundan danışırdılar. Düşünürəm ki, Donald Tusk və Azərbaycan Prezidenti İlham Əliyevin görüşündən sonra mövqelər ortaya qoyuldu. Yəqin ki, müsbət istiqamətdə bir nəticə hasil olacaq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri, ABŞ –in təşəbbüsü ələ almaq cəhdləri də eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət hal kimi sirayət edəcək".

Digər politoloq Qabil Hüseynli bildirir ki, artıq ABŞ başda olmaq Avropa ölkələri Azərbaycanın əhəmiyyətini başa düşür: "Bu günə qədər Qarabağ məsələsinə iki standartlarla yanaşan Qərbin birmənlı mövqe ortaya qoyduğu görünür. Bizdə səfərdə olan diplomatların sözlərindən bunu görmək olar. Qarabağ məsələsində pozitiv mövqe nümayiş etdirməklə Azərbaycanla münasibətlərini qoruyub saxlamaq istəyirlər. Çünki, bilirlər ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə daha çox yardım edənlə əməkdaşlıq edəcək. Ancaq təbii ki, bu, digər ölkələrlə də əməkdaşlığımıza xələl gətirməyəcək. Ölkəmiz Qoşulmama Hərəkatının üzvü kimi öz siyasi oriyentasiyasında birmənalı seçimi qəbul etməyib. Ancaq artıq Qərb Azərbaycanın əhəmiyyətini başa düşür. Azərbaycanın tək təbii sərvət yox, həm də geosiyasi, geocoğrafi əhəmiyyəti var".

Sizin Reklam Yeriniz