Əlaqə Arxiv
news Image
2015.07.25
15:00
| A A A
İlham Əliyev “Böyük 20-lər”in sammitində: otellər bağlanır
Türkiyədə keçiriləcək “Böyük 20-lər”in sammitinə hazırlıqlar başlayıb.

Movqe.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, sayca 10-cu olacaq G-20 sammiti üçün kurort bölgəsi Belekdə bütün otellər bağlanacaq.


Noyabrın 15-16-da keçiriləcək  sammit ərzində Belekdəki otellərin heç biri müştəri qəbul edə bilməyəcək. Hər iştirakçı ölkə otellərdən birini öz nümayəndə heyəti üçün bağlayacaq. Bütün yerlər indidən bron edilib.


Sammitə Türkiyədən prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu birgə qatılacaq. Sammitə dəvət alanlar isə bunlardır: Argentina prezidenti Fernandez de Kirşner, Avstraliyanın baş naziri Toni Abbot, Braziliya prezidenti Dilma Russef, Kanadanın baş naziri Stiven Harper, Çin rəhbəri Hi Tsimpinq, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, Hindistanın baş naziri Narendra Modi, İndoneziyanın baş naziri Joko Vidodo, İtaliyanın baş naziri Mattio Renzi, Yaponiyanın baş naziri Sindzo Abe, Meksika prezidenti Enriqe Rena Mieto, Rusiya prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanı kralı Salman, CAR prezidenti Jakob Cuma, Cənubi Koreya prezidenti Park Gen-he, Britaniyanın baş naziri Devid Kemeron, ABŞ prezidenti Barak Obama, Avropa Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Azərbaycan prezidenti İlham Əliyev, Malayziyanın baş naziri Najib Tun Razak, Seneqal prezidenti Maski Sall, Sinqapurun baş naziri Li Hsyen Lonq, Zimbabve prezidenti Robert Muqabe.

Sizin Reklam Yeriniz