Əlaqə Arxiv
news Image
2015.07.25
19:00
| A A A
Azərbaycanın dövlət başçısı iki ölkənin prezidentinə məktub göndərib

"Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu göndərib. Movqe.az-ın xəbərinə görə, məktubda deyilir:

"Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Prezident İlham Əliyev Liberiya Respublikasının Prezidenti xanım Ellen Conson-Serlifə də təbrik məktubu göndərib. Təbrik mətnində deyilir:

"Hörmətli xanım Prezident,

Liberiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

Sizin Reklam Yeriniz