Əlaqə Arxiv
news Image
2015.07.26
11:30
| A A A
Rusiya Qara dəniz donanmasını azı 50 yeni gəmi ilə gücləndirəcək
Severomorsk və Baltiysk limanlarına olan gəmilərin bir qismi artıq gələn il Krıma gətiriləcək

2020-ci ilədək Rusiya Hərbi-Dəniz Qüvvələrinin Krımdakı Qara dəniz donanmasının balansına 54 yeni gəmi daxil olacaq.

Movqe.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, bunu Qara dəniz donanmasının rəhbəri, admiral Aleksandr Vitko bildirib.

Onun sözlərinə görə, hazırda Sevastopol şəhərində keçirilən hərbi-dəniz paradı Sovet İttifaqı dövründə inşa edilən gemilərin çoxluq təşkil etdiyi sonuncu paraddır.

"Severomorsk və Baltiysk limanlarına olan gəmilərin bir qismi artıq gələn il Krıma gətiriləcək", - deyə admiral məlumat verib.

Qara dəniz donanması 1783-cü ildə - Krım Rusiya imperiyasına qoşulduqdan sonra yaranıb. Onun ilk baza məntəqəsi Krım yarımadasının cənub-qərb sahilində yerləşən Axtiar buxtası olub. Burada Sevastopol şəhəri salınıb.

Artıq 1787-ci ildə onun tərkibinə 2 döyüş gəmisi, 12 freqat, 3 bombardman gəmisi və 28 ədəd digər tipli hərbi gəmi daxil idi. Donanmaya Qara dəniz admirallığı komandanlıq edirdi.

Sizin Reklam Yeriniz