Əlaqə Arxiv
news Image
2015.07.26
13:30
| A A A
Türkiyədə iki partlayış: 2 ölü, 4 yaralı
Türkiyənin Diyarbakır vilayətində hərbi maşın partladılıb, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Movqe.az-ın "Milliyet"-ə istinadən verdiyi xəbərə görə, insident Diyarbakır-Bingöl yolunda, Lise rayonu ərazisində qeydə alınıb.


Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.


Yaralanan əsgərlər Lice Xəstəxanasına, sonra isə Diyarbakır şəhərində yerləşən Dəclə Universiteti Tibb Xəstəxanasına çatdırılıblar.


Bölgədə vəziyyətin gərgin olduğu bildirilir. Hadisə ilə əlaqədar Türkiyə ordusu hərbi təyyarələrin iştirakı ilə əməliyyata başlayıb.


Türkiyənin İzmir şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) binası qarşısında da partlayış baş verib.


"Anadolu" agentliyinin verdiyi məlumata görə, binanın qarşısındakı avtomobil dayanacağında səs bombası partladılıb.


Partlayış nəticəsində xəsarət alan olmasa da, binaya zərər dəydiyi bildirilir.


Polis hadisə yerində müvafiq tədbirlər görür. Faktla bağlı araşdırma aparılır.


Xatırladaq ki, iyulun 22-də İstanbulda AKP ofisi silahlı hücuma məruz qalmışdı.

Sizin Reklam Yeriniz