Əlaqə Arxiv
news Image
2015.07.26
19:30
| A A A
Böyük Britaniya 2016-ci ilin yayında Avropa İttifaqını tərk edə bilər

Referendumun dəqiq tarixini isə Böyük Britaniya parlamenti müəyyən etməlidir

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendum 2016-ci ilin yay aylarında keçirilə bilər.

Movqe.az-ın İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı "İndependent" qəzeti yayıb.

Baş nazir Devid Kemeron hesab edir ki, referendumun məhz bu vaxtda keçirilməsi ölkə iqdisadiyyatına mənfi təsiri minimum səviyyədə tutacaq.

Bildirilir ki, əslində 2017-ci ilin sonunda keçirilməsi planlaşdırılan referendumun daha tez tarixdə keçirilməsinə dair fikir Yunanıstan böhranından sonra formalaşıb.

Referendumun dəqiq tarixini isə Böyük Britaniya parlamenti müəyyən etməlidir.

Sizin Reklam Yeriniz