Əlaqə Arxiv
news Image
2015.07.29
11:10
| A A A
Obama: "Əgər bir daha seçilmək imkanım olsaydı qalib gələrdim"
Efiopiyada səfərdə olan ABŞ prezidenti üçüncü prezidentlik müddəti ilə bağlı fikirlərini bölüşüb

Efiopiyada səfərdə olan ABŞ prezidenti Barak Obama üçüncü prezidentlik müddəti ilə bağlı fikirlərini bölüşüb. Bu barədə Movqe.az İnterfaks agentliyinə istinadən məlumat verir.

"Hesab edirəm ki, əslində mən yaxşı dövlət başçısıyam. Əgər bir daha seçilmək imkanım olsaydı yenə qalib gələrdim. Ancaq bunu edə bilmirəm. Amerikanın inkişafı üçün hələ çox şey edə bilərdim. Ancaq qanun qanundur", - deyən Ağ Ev başçısı, Afrika liderlərini də "oyun qaydalarını" pozmamağa çağırıb.

Sizin Reklam Yeriniz