Əlaqə Arxiv
news Image
2015.07.29
19:40
| A A A
Elmar Məmmədyarov İsrail səfiri ilə görüşüb
İki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub

Xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycan Respublikasındakı səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Movqe.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Səfir Rafael Harpaz diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə səfirə öz təşəkkürünü bildirib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.



Sizin Reklam Yeriniz