XİN: "İncirlik" bazası terrorçularla mübarizə üçün istifadəyə veriləcək
Türkiyənin Adana vilayətindəki "İncirlik" hərbi bazası İŞİD terror təşkilatı ilə mübarizədə istifadə oluna bilər.
Bu barədə Movqe.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Məlumatda deyilir ki, İŞİD-ə qarşı mübarizədə bazadan istifadəyə başlanma tarixi hələ müəyyənləşməyib, lakin baza İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirən ABŞ və koalisiya qüvvələrinin istifadəsinə yaxın günlərdə verilə bilər.