Əlaqə Arxiv
news Image
2015.07.30
11:30
| A A A
Ermənistanda etiraz - müxalifət lideri xəstəxanalıq oldu

Yerevanda "Ayağa qalx, Ermənistan" hərəkatı davam etməkdədir. Etirazçılar Respublika meydanına çıxıblar. Polis aksiyaçıları meydandan qovmağa nail olub. Daha sonra, etirazçılar Nalbandyan və Sarqsyan küçələrinin kəsişmələrində, yolun ortasında oturmağa qərar veriblər. Buradan isə polis əməkdaşları etirazçıları əllərində səkiyə aparıblar.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər. 

Sizin Reklam Yeriniz