Əlaqə Arxiv
news Image
2015.07.30
12:40
| A A A
Rusiya BMT TŞ-da “Boeing”lə bağlı qətnaməyə veto qoyub

Rusiya BMT Təhlükəsizlik Şurasında Ukraynada Malayziyaya məxsus "Boeing" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar beynəlxalq tribunalın yaradılmasını nəzərdə tutan qətnamə layihəsinə veto qoyub.

Movqe.az-ın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, 11 TŞ üzvü qətnamə layihəsinin lehinə səs verib, 3-ü bitərəf qalıb.

Rusiya özünün veto qoymaq hüququndan istifadə edərək qətnamənin qəbuluna imkan verməyib.

Qeyd edək ki, malayziyalı diplomatlar BMT-nin Təhlükəsizlik Şurasında beynəlxalq tribunalın yaradılması və qəzada əli olanların cinayət məsuliyyətinə cəlb edilməsinə dair qətnamə irəli sürmüşdülər.

Xatırladaq ki, 2014-cü il, iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan "Boeing 777" təyyarəsinin Donetsk vilayətində qəzaya uğraması nəticəsində 298 nəfər həlak olub.



Sizin Reklam Yeriniz