Əlaqə Arxiv
news Image
2015.07.30
14:00
| A A A
Şimali Koreya lideri: "Biz ABŞ-la müharibəyə hazırlaşırıq"

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəsinin Amerika Birləşmiş Ştatları və Cənubi Koreyaya qarşı müharibəyə hazırlaşdığını bəyan edib. APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Kim Çen In Hərbi Hava Qüvvələrinin (HHQ) təlimlərində deyib ki, bu təlimlər müharibəyə hazırlığın bir hissəsidir. "Bu müharibə öz miqyasına görə 65 il əvvəlki müharibədən geri qalmayacaq", - deyə o bildirib. Qeyd edək ki, Şimali Koreya HHQ-nin təlimləri 1950-1953-cü illər Koreya müharibəsinin başa çatmasını bildirən atəşkəs haqqında sazişin imzalanmasının 62-ci ildönümü münasibəti ilə keçirilib.


Sizin Reklam Yeriniz