Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması qaydalarına dəyişiklik edilib
Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Azərbaycan Nazirlər Kabineti özünün "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları"nda dəyişiklik edib. xəbər verir ki, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliyə əsasən, antiinhisar qanunvericiliyini pozan şəxslər cəriməni və ya maliyyə sanksiyasını ödəmədiyi və ya qismən ödədiyi halda, antiinhisar orqanı cərimənin və ya maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməli və bu qərarın məcburi qaydada icrasının həyata keçirilməsi üçün icra məmurlarına göndərməlidir.