Rusiya və Türkiyə qazın qiymətinə endirim edilməsi ilə bağlı razılığa gəlib
Rusiya energetika nazirinin sözlərinə görə, endirim 10.25% olacaq
Rusiyanın "Qazprom" və Türkiyənin BOTAŞ şırkətləri arasında qazın qiymətinə endirim edilməsi ilə bağlı razılıq əldə olunub.
Movqe.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Nazirin sözlərinə görə, endirimin həcmi 10.25% təşkil edəcək.
"Bizdə olan məlumata görə, "Qazprom" və BOTAŞ arasında qazın qiymətinin endirilməsi barədə razılıq əldə olunub. Endirimin həcmi 10.25% təşkil edəcək", - A.Novak deyib.