Almaniyadan PKK-ya dəstək
Almaniya Türkiyə-PKK münaqişəsində vasitəçi olmaq istəyir.
Bu istəklə Almaniyanın xarici işlər naziri Frank Valter Ştayn-Mayer özünün xüsusi nümayəndəsi Andreas Mixaelisi danışıqlar aparmaq ötrü Ankaraya rəsmi səfərə göndərib.
Movqe.az Azvision.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində Almaniya təmsilçisinin Türkiyənin bir çox rəsmiləri ilə, həmçinin xarici İşlər nazirinin müşaviri Feridun Sinirlioğlu ilə də görüşəcəyi gözlənilir.
Almaniyalı diplomatın qarşısına türk-kürd probleminin həllində sülh variantlarının axtarışı ilə bağlı mühüm tapşırıqların qoyulduğu deyilir.