Yaxın Şərq böhranı: ABŞ Misiri savaşa hazırlayır
ABŞ və Misir iki ölkə arasında əməkdaşlıqla bağlı strateji dialoqu yeniləyəcəklər.
Movqe.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Con Kerri söyləyib.
Onun sözlərinə görə, tərəflər arasında dialoq daha çox iqtisadi və hərbi sahələrdə olacaq. Kerri həmçinin Amerikanın bundan sonra Misir ordusunun hazırlanmasına yardım edəcəyini bildirib.
Qeyd edək ki, ABŞ-la Misir arasında strateji tərəfdaşlıqla bağlı danışıqlar 2009-cu ildən bu yana aparılmır.