Əlaqə Arxiv
news Image
2015.08.04
14:00
| A A A
Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını dəstəkləyir. Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Azərbaycandakı səfirliyinin iqtisadiyyat və siyasət məsələləri üzrə müşaviri Cahangir Aminov Bakıda keçirilən brifinqdə deyib.


O bildirib ki, Dağlıq Qarabağ probleminin nizamlanması ölkənin gələcək inkişafı və tərəqqisinə imkan yaradacaq əsas amillərdən biri olmalıdır: "Bu məsələ ilə bağlı Özbəkistanın mövqeyi birmənalı və dəyişməz olaraq qalır. Biz həmişə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsini dəstəkləmişik və dəstəkləyirik. Bununla yanaşı, Özbəkistan tərəfi hesab edir ki, bu münaqişənin nizamlanmasının əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olmalıdır".


C.Aminov həmçinin qeyd edib ki, Özbəkistan Azərbaycanla əməkdaşlığın hərtərəfli genişlənməsinə prioritet əhəmiyyət verir və ölkəni Cənub Qafqazda əsas tərəfdaş hesab edir.

Sizin Reklam Yeriniz