Əlaqə Arxiv
news Image
2015.08.04
16:10
| A A A
Müdafiə Nazirliyi: Böyük Britaniya 2017-ci ilə qədər "İŞİD"in mövqelərini bombalayacaq

Biz qırıcı-bombardmançı təyyarə eskadriliyasının hərbi əməliyyatlarda iştirakını 2017-ci ilin mart ayına qədər uzadacağıq

Böyük Brataniya terror təşkilatı olan "İslam dövləti" yaraqlılarına İraqda aviazərbələrin endirilməsini 2017-ci ilin mart ayına qədər davam etdirəcək.

Movqe.az TASS-a istinadən xəbər verir ki, bu barədə İraqda səfərdə olan Birləşmiş Krallığın müdafiə naziri Maykl Fallon bildirib.

"Biz "Tornado" qırıcı-bombardmançı təyyarə eskadriliyasının hərbi əməliyyatlarda iştirakını 2017-ci ilin mart ayına qədər uzadacağıq",- baş nazir bildirib.

Eyni zamanda, Fallon İraqdakı əməliyyatlarda Britaniya quru qoşunlarının  iştirakını istisna edib.  

Sizin Reklam Yeriniz